Heyvan kəsimi məntəqələrində təhlükəli vəziyyət: 10 məntəqə bağlanma təhlükəsi ilə üz-üzə!
Azərbaycanda heyvan kəsimi məntəqələrinin hazırkı durumu ilə bağlı yeni məlumatlar açıqlanıb. Ölkədə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-u tamamilə qeyri-qənaətbəxş vəziyyətdədir.
Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə rəsmi məlumat yayıb. Ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü hazırda aktivdir.
Aparılan yoxlamalar nəticəsində 84 məntəqədən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş, 47 məntəqənin isə qismən qənaətbəxş olduğu müəyyən edilib. 10 məntəqənin vəziyyəti isə tamamilə qeyri-qənaətbəxş kimi qiymətləndirilib.
ƏLAQƏLİ
Gürcüstanda deportasiya dalğası: Azərbaycanlılar da siyahıda yer aldı
Monitorinqlər zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına riayət etməyən məntəqələrin sahiblərinə çatışmazlıqları aradan qaldırmaq üçün məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edib ki, müəyyən edilmiş müddət ərzində texniki və sanitar normativlərə uyğunlaşmayan, qanunvericiliyin tələblərini pozmağa davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Agentlik bildirir ki, hazırda 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi ya yoxdur, ya da fəaliyyət göstərmir. Bu, həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Buna görə də, bu rayonlarda müasir kəsim məntəqələrinin yaradılması əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin aradan qaldırılması üçün vacibdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda deportasiya dalğası: Azərbaycanlılar da siyahıda yer aldı
Etnik təxribatların kölgəsində: Sosial mediadakı təhlükələr və həll yolları
Bakıda ərik qiymətləri sosial media gündəmində: Ət qiymətləri ilə yarışır!
Bakı sakinlərinə yağış sürprizi: Hava necə dəyişəcək?
Sabah yağış yağacaq - HAVA PROQNOZU