14.08.2026 - 19:18
Ölkə 31 baxış

Hava proqnozu: Bakıda isti, dağlarda isə sürprizlər gözlənilir!

Avqustun 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, axşam isə mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə saatlarında temperatur 23-26° arasında dəyişəcək, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% olacaq.

Minval.info xəbər verir ki, Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə güclənə bilər. Havanın temperaturu gecə 22-26°, gündüz 32-36° isti, dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: