Hava küləkli olacaq

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı
“Təzə Bazar” yenidən qurulacaq - Foto
Hava şəraiti dəyişir - Yağış, dolu, leysan yağacağı gözlənilir
Azərbaycanda müəllimlərin maaşları artdı
Daha bir xanəndə koronavirusdan vəfat etdi
Ticarət mərkəzlərinə gələnlərin hərarəti ölçüləcək
Bayılda yerin altından çay axır?