06.09.2018 - 17:45
Qəribə 126 baxış

Hamı sağaldığını düşündü, həqiqət hər kəsi şoka saldı - FOTO

Türkiyənin məhşur aktyoru və teleaparıcısı olan Kənan Işık 4 il sonra komadan ayılması, həyati funksiyalarının normallaşması və Bodrumda görüntülənməsi məlumatı əsassız çıxıb.

Türkiyə kinomotoqrafiyasının önəmli şəxslərindən olan Kənan Işık 4 il əvvəl getdiyi idman zalının saunasında ayağının sürüşməsiylə başından ağır xəsarət alıb. Həmin zədə səbəbindən 4 il komada qalan tanınmış aktyorun səhhətinin yenidən normallaşması xəbəri hamını sevindirib.

Türkiyə mətbuatında Kənan Işıkın Bodrumda çəkilən fotolarının yayılmasıyla bu xəbərlərə inam da artıb. Lakin həqiqətin belə olmadığı ortaya çıxıb.

Minval.info “Haber7”-ə istinadən xəbər verir ki, tanınmış sənət adamının səhhətində heç bir dəyişiklik yoxdu. Bodrumda görüntülənən isə  Kənan Işıkın qardaşı Prof. Dr. Mehmet Cengiz olduğu bildirilib.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: