Əhəd Abıyev xəstəxanaya yerləşdirildi - ÖZƏL
Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev tez-tez maraqlı açıqlamaları ilə mediada gündəmə gəlir. O, eyni zamanda hərəkətlərilə də diqqət mərkəzinə düşür.
Minval.info xəbər verir ki, ötən günlərdə Ə.Abıyev Qarabağ qazisini dələduzluqda ittiham etməyi ilə bağlı xəbərlər mətbuatda yer alıb. Belə ki, bir müddət əvvəl onun qəbuluna ev almaq üçün gedən Aprel qazisi Arzu Məmmədova probleminin həll olunacağı ilə bağlı vəd verilib. Lakin A.Məmmədova bildirilib ki, Gəncə şəhərinə qeydiyyata düşəcəyi halda istəyi gerçəkləşəcək.
Qeyd edilir ki, onu icra hakimiyyətinin hüquqşünası İlhamə Bayramova əmin edib. Bundan sonra Arzu Məmmədova deyilənləri yerinə yetirib, amma ardınca ondan 20 min manat tələb olunub. Qazi isə ailəsi ilə birgə bu məbləği yaxınlarından borc alıb və İ.Bayromavaya ödəyib. Amma nəinki Arzu Məmmədova ev verilməyib, heç pulu da geri qaytarılmayıb. Eyni zamanda, icra hakimiyyətindən Aprel qazisinə İ.Bayramovanın dələduzluqda günahlandırılaraq həbs edildiyi deyilib. Lakin bu məlumatın da yalandan Arzu Məmmədovaya verildiyi ortaya çıxıb. Bundan sonra bəzi mətbu orqanlarda Aprel qazsinin dələduz olmağına dair xəbərlər yayılmağa başlayıb. Hazırda icra hakimiyyəti ilə Arzu Məmmədov arasındakı problemin həllini tapmadığı bildirilir.
Ardınca icra başçısının xəstəxanaya yerləşdiyi barədə xəbərlər yayıldı, Abıyev isə bu informasiyanın yalan olduğunu bildirdi.
Amma etibarlı mənbədən minval.info-ya verilən məlumata görə, Daşkəsən meri həqiqətən tibb müəssisəsinə yerləşdirilib və səhhəti ilə əlaqədar xeyli əziyyətə qatlanıb. Belə ki, Əhəd Abıyevin Bakı Ürək Mərkəzində ağır ürək əməliyyatı keçirib. Onun ürək damarlarına stend qoyulub.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Məlumata görə, Abıyevin vəziyyəti hazırda qənaətbəxş olaraq qiymətləndirilir.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
