Gürcüstanda Azərbaycandilli müəllimlər üçün yeni təhsil imkanları: Təlim proqramı nə vəd edir?
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün xüsusi təlim proqramı hazırlanıb. Bu proqram Azərbaycan və Gürcüstan hökumətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycan Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyindəki Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) bu proqramı birgə hazırlayıb.
17-24 avqust tarixlərində keçiriləcək təlim proqramında iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026