“Günah Muradın özündədir, iki qadın arasında qalıb”
“Murad Köhnəqala kimi istedadlı bir insan iki həyat yoldaşı arasında yaranmış intriqanın qurbanı olub”.
“Minval.info” xəbər verir ki, bu sözləri axar.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid şair-yazar Murad Köhnəqalanın dünən Tovuz Rayon Məhkəməsinin qərarı ilə birinci ailəsindən olan uşaqlarına 12 min manat məbləğində yığılıb qalmış alimenti ödəyə bilmədiyi üçün 15 sutka həbs edilməsi haqda danışarkən deyib.
R.Məcid bildirib ki, hazırda onun xanımına Azərbaycan Prezidenti tərəfindən gənc yazarlar üçün nəzərdə tutulmuş təqaüd – aylıq 200 manat pul verilir: “Murad Köhnəqala iki qadın arasında qalıb. Bu iki qadının arasında baş verən konflikti cəmiyyət və ictimaiyyət həll etmək iqtidarında deyil. Muradın ikinci həyat yoldaşı da yazardır. O, Azərbaycan Yazıçılar Birliyinə müraciət etmişdi. Onun xətrinə AYB-dən ona gənc yazarlar üçün nəzərdə tutulmuş 200 manat təqaüd ayrıldı.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Məndə olan məlumata görə, Muradın birinci həyat yoldaşı uşaqları ilə birgə Şüvəlan yaradıcılıq evində qalırdı. Ora da təmir olunduğu üçün boşaldılıb. Sakinlər binadan çıxarılıb. Ola bilər ki, bu səbəbdən Muradın birinci ailəsi evsizliklə üz-üzə qalıb və əlacsızlıqdan məhkəməyə müraciət edib. Ancaq həmişə belədir ki, insanlar maddi sıxıntı yaşayanda günahı bir-birində görür”.
R.Məcid bildirib ki, bu cür duruma düşdüyü üçün günah M.Köhnəqalanın özündədir:
“Murad Köhnəqalanı hamı yaxşı tanıyır və müxtəlif yerlərdə də işləyib həmişə. Məncə, Murada hər kəs kömək edərdi, işlə də təmin edərdi onu. Günah onun özündədir ki, iki qadın arasında qalıb. O, iki qadının konfliktinin qurbanıdır. Başqa heç bir şeyin qurbanı deyil. Gərək özü həyatını düz quraydı ki, bu gün belə vəziyyətə düşməyəydi”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı