Günəş tutulmasını izləmək üçün nasa-nın təyyarəsi danimarka boğazında xüsusi uçuşa çıxdı
ABŞ-a məxsus xüsusi təyyarə, Günəş tutulmasını müşahidə etmək məqsədilə Danimarka boğazı üzərində uçuş həyata keçirib.
Minval.info xəbər verir ki, bu uçuş NASA-nın Martin WB-57 Canberra təyyarəsi ilə həyata keçirilib və təyyarə İslandiyadan havaya qalxaraq Danimarka boğazı üzərində dövrə vurub.
Bu təyyarələr, adətən, taktiki bombardmançı-kəşfiyyat missiyaları üçün istifadə olunur, lakin bu dəfə elmi tədqiqatlar üçün uyğunlaşdırılıb. Təyyarə 15 kilometrdən yüksək hündürlükdə uçaraq mülki aviasiyanın hərəkətinə mane olmur.
Günəş tutulmasının müxtəlif mərhələləri Avropa, Asiyanın qərbi, Afrika, Şimali və Cənubi Amerika, eləcə də Sakit, Atlantik və Hind okeanlarının bəzi bölgələrində və Antarktidada müşahidə ediləcək. Ayın kölgəsi Şimal qütbünə yaxın ərazilərdən keçərək Qrenlandiya və İslandiyanın üzərindən hərəkət edəcək.
Bakı vaxtı ilə saat 19:34-də başlayan Günəş tutulması, 23:57-də sona çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib
FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü