Gözəllik salonunda dəhşətli hücum: Tanışını qətlə yetirmək istəyən şəxsə ağır cəza verildi
Bakı şəhərində gözəllik salonunda tanışını öldürməyə cəhd edən şəxsə məhkəmə tərəfindən hökm oxunub.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda Samir Həsənov adlı şəxsin cinayət işi üzrə qərar verilib. Hökmə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2025-ci ilin noyabr ayında baş verib. İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisə nəticəsində onu döyərək müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra, qisas almaq məqsədilə, Cahan Çələbiyevanın işlədiyi gözəllik salonuna gələrək, ona kəsici-deşici alətlə hücum edib. Xəstəxanaya çatdırılan Çələbiyevanın həyatı xilas edilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Samir Həsənov Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə, yəni qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək