Göygöldə dəhşətli ailə dramı: Ər sərxoş halda arvadını boğmağa çalışdı, məhkəmədən şok qərar!
Göygöl rayonunda 46 yaşlı bir kişi sərxoş vəziyyətdə həyat yoldaşına xəsarət yetirib və onu boğmağa cəhd edib.
Minval.info xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Tehran adlı şəxs, yaşadığı evdə həyat yoldaşı Dürdanədən borclarını ödəmək üçün pul tələb edib. Dürdanənin pul olmadığını deməsi ilə mübahisə yaranıb və Tehran əvvəlcə əlləri ilə qadına zərbələr endirib. Daha sonra isə onun başındakı şalı boğazına dolayaraq boğmağa çalışıb.
Tehran izahatında bildirib ki, psixi sağlamlığı ilə bağlı heç bir problemi yoxdur və müalicə almır. O, Gəncə şəhərində qeydiyyatda olsa da, Göygöl rayonunda ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Tehran və Dürdanə 2022-ci ilin yanvarında evləniblər və bu evlilikdən bir övladları var.
Zərərçəkmiş Dürdanə isə bildirib ki, Tehran bir neçə dəfə onu döyüb və xəsarətlər yetirib. Hadisə günü Tehran sərxoş halda evə gəlib və pul tələb edib. Dürdanə pulu olmadığını dedikdə, Tehran onu və övladlarını təhdid edib. Daha sonra Dürdanə övladlarını qorumaq üçün onları evdən çıxarıb, lakin Tehran şalı ilə onu boğmağa çalışıb. Dürdanə kömək istəyərkən Tehran yastığı ağzına qoyub və boğmağa davam edib. Dürdanə huşunu itirib və ayıldıqda Tehran onu yenidən boğmağa çalışıb. Tehran onu və övladlarını öldürməklə təhdid edib, lakin Dürdanə dərhal polisə məlumat verib.
Göygöl Rayon Məhkəməsinin qərarı ilə Tehran aylıq qazancından dövlət nəfinə 15 faiz tutulmaqla 8 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı