25.08.2026 - 16:34
Kriminal 29 baxış

Göyçayda narkotik yetişdirən şəxs həbs edildi

Göyçayda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bəhruz Əhmədov adlı şəxs şübhəli bilinərək nəzarətə götürülüb.

Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu bu barədə məlumat yayıb. Əhmədovun yaşadığı ünvanda aparılan axtarış zamanı 51 ədəd narkotik tərkibli bitki və 2 odlu silah aşkar edilib. Saxlanılan şəxs narkotik bitkilərə xüsusi aqrotexniki qaydada qulluq etdiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb və Bəhruz Əhmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: