Gömrük generallarının həbs müddəti uzadıldı
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.
Minval.info APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub.
Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.
Qeyd edək ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.
Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bayraq kimi bir qəzet: 30 il 30 dəqiqədə belə anladılır - FİLM
Dünyanın ən seksual hakimi: "Gözəlliyim meydanda ..." - FOTOLAR
Baş epidemioloq: “...həkimlərə yazığınız gəlsin”
Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb
"Məndə olan qeyrətin 3 faizi sizdə olsaydı..." - Roza Zərgərli
Sürücülərə vacib xəbər - 1 sutkaya 3500 protokol yazıldı
Azərbaycanda bu torpaq və evlərin qiyməti BAHALAŞACAQ