Gəncədə tənha təqaüdçüyə silahlı basqın: Məhkəmə hökmü açıqlandı
Gəncə Ağır Cinayətlər Məhkəməsində tənha yaşayan təqaüdçünün evinə silahlı basqın edən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Cəsur Cəbiyev və yetkinlik yaşına çatmayan E.İsgəndərovun məhkəmə istintaqı nəticəsində hökm oxunub.
Minval.info xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəsur Cəbiyev 9 il 6 ay, E.İsgəndərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihamnaməyə əsasən, 2007-ci il təvəllüdlü Cəsur Cəbiyev və 2010-cu il təvəllüdlü E.İsgəndərov, Şəmkir rayonunun Dəllər Cəyir kəndində, 2025-ci ildə, tənha yaşayan Rafiq Bədəlovun evinə quldurluq məqsədilə daxil olublar. Onlar zərərçəkmişi öldürməklə hədələyərək pul və qiymətli əşyalarını ələ keçirməyə çalışıblar.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Cinayətkarlar əvvəlcədən plan hazırlayaraq gecə saatlarında kəndə gəliblər. Təxminən bir saat ərzində müşahidə apardıqdan sonra, heç kimin olmadığını görərək evə qanunsuz daxil olublar. Yataq otağında zərərçəkmişə məxsus 493 manat pulu götürdükdən sonra, daha çox pul və qızıl-zinət əşyaları axtarmağa davam ediblər. Səs-küyə oyanan Rafiq Bədəlov mətbəxdə işığı yandırdıqda, hər iki şəxs ona hücum edib.
E.İsgəndərov üzərində gizlətdiyi bıçağı çıxararaq zərərçəkmişi öldürməklə hədələyib və ondan 20 000 manat tələb ediblər. Lakin Rafiq Bədəlov təqaüdçü olduğunu və bu məbləğdə pulunun olmadığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək