Gəncədə restoranda qətl: 7 nəfər inzibati qaydada həbs edildi
Gəncə şəhərində yerləşən bir restoranda baş verən qətl hadisəsi nəticəsində 7 nəfər saxlanılıb. Hadisə zamanı bu şəxslərin iaşə obyektində xuliqanlıq etdikləri bildirilib.
Minval.info xəbər verir ki, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanları “Günəş” restoranına gəliblər. Polis əməkdaşları hadisənin şahidi olan gəncləri prokurorluğa ifadə verməyə dəvət edib. Lakin onlar heç bir üzrlü səbəb göstərmədən ifadə verməkdən imtina ediblər və polisin qanuni tələbinə əməl etməyiblər.
Nəticədə, həmin gün “Günəş” restoranında doğum günü qeyd edən 24 yaşlı şəxs və onunla birlikdə məclisə gələn 26, 23, 31, 21 və iki 28 yaşlı dostları saxlanılaraq polis şöbəsinə aparılıb. Onların hər biri haqqında müvafiq protokollar tərtib edilib.
Saxlanılan şəxslər hadisə zamanı sərxoş olduqlarını bildiriblər. Dostlar əməllərindən peşman olduqlarını ifadə edərək, barələrində yüngül cəza verilməsini istəyiblər. Məhkəmənin qərarına əsasən, ad günü olan şəxs 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, digər 5 nəfər isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Günəş” restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə yaranıb və bu zaman 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən həyatını itirib. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M.Məmmədzadə polis tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur
Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?