Əfsanəni qaçıran şəxs 3 uşaq atası imiş... - VİDEO
Xəbər verdiyimiz kimi, Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva tapılıb.
Məlum olub ki, qızın mütəmadi olaraq mesajlaşdığı oğlanla onu qaçıran şəxs fərqli adamlardır.
Minval.info Baku Tv-yə istinadən xəbər verir ki, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.
Əfsanənin sevgilisi, Cəlilabad sakini Azad Ağayev bildirib ki, qızla “TikTok” platforması üzərindən tanış olub.
“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, – deyə Azad Ağayev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"