Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Formula 1 Azərbaycan Qran-Prisi 2026-cı il yarışları ilə əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti yenidən bərpa edilib.
Minval.info xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra şəhərin mərkəzi küçələrində halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparıldı. Bu işlərin tamamlanması ilə birlikdə nəqliyyatın istifadəsi üçün yollar açıldı.
Yarışın keçirildiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər bu gün 00:00-dan etibarən sona çatıb.
Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan yol istisna olmaqla, saat 12:30-dan etibarən hərəkət tam bərpa olunub.
Formula 1 həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın daha rahat təşkili üçün əlavə imkanlar yaradılmışdı. Səhər və axşam saatlarında bəzi əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılırdı ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını artırırdı. 2026-cı ildə bu imkanlar daha da genişləndirildi, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospektinə yeni tranzit dəhliz təşkil edildi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı
Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu
Dövlət Statistika Komitəsində yeni şöbə müdiri təyin edilib