Fazil Mustafa: “Məsələ araşdırılmalıdır”
“Bu məsələyə ilk növbədə partiyadaxili məsələ kimi baxılmalıdır. Çünki partiyanın üzvü olmuş və keçmişdə nazir vəzifəsində işləmiş şəxslərin korrupsiyaya bulaşdığı, milyardlarla pulu mənimsədiyi, eyni zamanda onların da hakimiyyət əleyhinə kampaniyanı dəstəklədiyi ilə bağlı ittihamlar var”.
Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu fikirləri YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlərlə bağlı ittihamlarını Musavat.com-a şərh edərkən söylədi.
Onun sözlərinə görə, hakim partiya funksionerinin bu ittihamların siyasi şərhi yoxdur: “Bu ittihamların hüquqi şərhi olmalıdır. Hüquq mühafizə orqanları bu məsələ ilə bağlı ciddi araşdırma başlamalıdırlar və məsələni aydınlaşdırmalıdırlar. Çünki bunun başqa bir siyasi izahı qalmır”.
F.Mustafa məsələ ilə bağlı araşdırma aparmaq üçün ciddi əsasların olduğunu da vurğuladı: “Görünür ciddi əsas var ki, ona əsaslanaraq belə bir açıqlama verilib. YAP-da ciddi mövqe tutan, Azərbaycan siyasətində önəmli rolu olan bir şəxs belə bir açıqlama verib. Bu məsələ araşdırılmalıdır. Odur ki, məsələyə elə-belə, diqqətsiz yanaşmaq olmaz”.
F.Mustafa dedi ki, parlamentin payız sessiyasında bu məsələni qaldırmaq niyyətində deyil: “Yəqin ki, YAP üzvləri özləri bu məsələ ilə bağlı açıqlama verəcəklər. Mən daha çox vətəndaşı narahat edən problemlərə toxunmağa çalışacağam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağçada uşağa qarşı zorakılıq iddiası
Azərsun Holdinqdən süni intellekt təlimi: Effektiv idarəetmə yolları
Bakıda Ironman yarışına görə yollar bağlanır
Əmlakların qeydiyyatı: Yeni qaydalar asanlıq gətirir
Neftçi SOCAR Şanxayda mövsüm finalına hazırdır!
Paşinyan: Bakı ilə ilk iqtisadi razılaşma baş tutdu
Azərbaycan Premyer Liqasında IV tur start götürür