Fazil Mustafa 2016-ci ildə orduda baş verənləri araşdırmağa çağırdı
Deputat Fazil Mustafa parlamentdəki çıxışında əvvəlcə 2016-cı ilin Aprel döyüşlərində həlak olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi.
“Minval.info” xəbər verir ki, deputat daha sonra bildirdi ki, o döyüşlər Qarabağın azad olunmasının başlanğıcı idi. Ancaq ardınca deputat o zaman orduda baş verən cinayətlərə diqqət çəkdi: “Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi sosial şəbəkələrdə müzakirə olunur.
Dövləti sevməyən insanlar indi bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər. Kim-kimlə yaxındır, dostdur, bunları kənara qoymaq lazımdır. Elə etmək lazımdır ki, dövlət bu ittihamların hədəfinə çevrilməsin”.
F.Mustafa bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu dedi: “Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır.”
Daha sonra F.Mustafa qeyd etdi ki, dünən ölkə başçısı Səlcuk Bayraktarı qəbul edib və ona “Qarabağ” ordenini təqdim edib: “Anasının südü ona halaldır. Çünki Azərbaycanın qələbəsində bu nemət bizim üçün çox faydalı oldu”.
Fazil Mustafa Türk Şurasının Zirvə görüşünün yüksək qiymətləndirdiyini də qeyd etdi: “Bu, yenidən bizim əlifba məsələsinə qayıtmağımızı zəruri edir. Biz Türk birliyinə nail olmaq istəyiriksə, mütləq əlifbamızı özbəklər kimi, ortaq əlifba modelinə gətirməliyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağçada uşağa qarşı zorakılıq iddiası
Azərsun Holdinqdən süni intellekt təlimi: Effektiv idarəetmə yolları
Bakıda Ironman yarışına görə yollar bağlanır
Əmlakların qeydiyyatı: Yeni qaydalar asanlıq gətirir
Neftçi SOCAR Şanxayda mövsüm finalına hazırdır!
Paşinyan: Bakı ilə ilk iqtisadi razılaşma baş tutdu
Azərbaycan Premyer Liqasında IV tur start götürür