Ev alışı üçün doğru zaman: Mütəxəssislərdən tövsiyələr
Əmlak bazarındakı mövcud vəziyyət və qiymət dəyişiklikləri ev almaq istəyənlər üçün düşündürücü məsələlərdən biridir. Mənzil alışı üçün doğru zamanın nə vaxt olduğunu müəyyənləşdirmək istəyənlər üçün bəzi tövsiyələr var.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, şəxsi istifadə üçün mənzil alışı zamanı bazarı təhlil edərək uyğun qərarlar qəbul etməyin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, noyabr və fevral ayları, bazarda aktivliyin nisbətən az olduğu dövrlərdir. Eyni zamanda, yay aylarında, xüsusilə avqusta qədər olan müddət də mənzil alışı üçün əlverişli ola bilər.
Vüqar Oruc əlavə edib ki, ümumilikdə qiymət artımı tendensiyası ilboyu davam edir. Buna görə də, bazarı 2-4 ay ərzində araşdıraraq, əldə olunan nəticələrə əsasən qərar vermək daha məqsədəuyğundur. Həmçinin, qiymətləndirici, rieltor və ya konsaltinq şirkətlərinə müraciət etmək də faydalı ola bilər. Bu, dünya praktikasında da geniş istifadə olunan bir yanaşmadır və peşəkar olmayan şəxslərin yanlış qərarlar verməsinin qarşısını alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq