Ermənistanın yeni konstitusiyası: Müstəqillik bəyannaməsi niyə kənarda qaldı?
Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Arusyak Culakyan, ölkənin yeni Konstitusiya layihəsinin 2026-cı ilin sonuna qədər ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.
Minval.info xəbər verir ki, Culakyan bu məlumatı Ermənistan parlamentində Dövlət-hüquq məsələləri üzrə daimi komissiyanın sədrliyinə namizədliyinin müzakirəsi zamanı səsləndirib. O, yeni Konstitusiyanın hazırlanması prosesində mövcud Konstitusiyanın maddələrinin dəyişdirilmədiyini və ya çıxarılmadığını, əksinə, tamamilə yeni bir sənədin yazıldığını vurğulayıb.
Culakyan, həmçinin, yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib və bunun məqsədəuyğun olmadığını bildirib. Qeyd edək ki, Azərbaycan tərəfi bu istinadı sülh sazişinin imzalanması üçün əsas məsələlərdən biri kimi görür.
Hazırda layihə üzərində əlavə müzakirələr aparılır və ilin sonuna qədər sənədin tam mətninin ictimaiyyətə açıqlanması planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026