Ermənistanın dəmir yolu macərası: Paşinyan Rusiyadan imtina etdi?
Ermənistan hökuməti Yerasxdan Naxçıvana və Axurikdən Türkiyə sərhədinə qədər olan dəmir yolu xətlərinin bərpasını öz maliyyə resursları ilə həyata keçirmək qərarına gəlib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə açıqlama verib.
Minval.info xəbər verir ki, Paşinyan, jurnalistlərin suallarını cavablandırarkən, bu layihənin Rusiyanın dəstəyindən imtina mənasına gəlmədiyini vurğulayıb. O, tikinti işlərinin Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcəyini bildirib.
Yanvar ayında Paşinyan, İcevan, Yerasx və Axurik istiqamətindəki dəmir yolu xətlərinin bərpası üçün Rusiyadan cavab gözlədiklərini açıqlamışdı. Fevral ayında isə Ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan, Moskva ilə danışıqların davam etdiyini bildirmişdi. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da avqustun 6-da Rusiyanın bu layihələrdə iştirak etməyə hazır olduğunu təsdiqləmişdi.
Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildən “Cənubi Qafqaz Dəmir Yolu” ASC-nin idarəçiliyindədir. Paşinyan daha əvvəl bu idarəçiliyin Qazaxıstana ötürülməsi təklifini irəli sürsə də, Rusiya Nəqliyyat Nazirliyi bu barədə danışıqların aparılmadığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib