Ermənistan məhsulları ilk dəfə Azərbaycan bazarında
Yaxın günlərdə Ermənistanın Azərbaycana ilk məhsul ixracı baş tutacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələri qarşılıqlı xarakter alacaq.
Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli, Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən konkret məhsul alması ilə bağlı kommersiya əməliyyatlarının baş tutduğunu bildirib. Ermənistanın ixrac strukturuna nəzər saldıqda, kənd təsərrüfatı və ərzaq məhsullarının Azərbaycana ixracı daha real görünür.
Ermənistanın ixrac etdiyi əsas məhsullar arasında ərik, gavalı, albalı, üzüm, pomidor, bibər, çiyələk və şaftalı kimi kənd təsərrüfatı məhsulları mühüm yer tutur. Həmçinin, mineral və içməli sular da potensial ixrac məhsulları sırasındadır. Bu məhsulların Azərbaycan bazarına daxil olması üçün qiymət, keyfiyyət və logistika kimi amillər əsas rol oynayacaq.
Ermənistanın hazır qida məhsulları, konservlər və şirniyyatlar da ixrac potensialına malikdir. Azərbaycan şirkətləri bu məhsulları pərakəndə satış şəbəkələri, restoran və hotel sektoru üçün əldə edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrın 2-də ölkə ərazisində isti hava gözlənilir
Balıq ovu mövsümü başladı: Qaydalara əməl edin!
Azərbaycanda yerli toxum istehsalı genişlənir
Baku TV "YouTube" reytinqlərində zirvədə!
Bakıda güclü leysan: Yollar iflic oldu
Modern.az 17 ildir oxucularla birlikdə!
Pulunuz hər gün qazanc gətirsin: Birbank Yığım hesabı