30.09.2026 - 14:58
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadın ölkəyə gətiriləcək
Hadisə 1 baxış

Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadın ölkəyə gətiriləcək

Pakistanın Lahor şəhərində baş verən hadisə ilə bağlı Azərbaycan vətəndaşı olan 23 yaşlı qadının cinsi zorakılığa məruz qalması xəbəri cəmiyyətdə böyük narahatlıq doğurub. Bu məsələ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqət mərkəzindədir.

Minval.info xəbər verir ki, komitənin mətbuat katibi Teymur Mərdanoğlu hadisə ilə bağlı açıqlama verib. O, Pakistan İslam Respublikasında fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə birgə iş aparıldığını bildirib. Mərdanoğlunun sözlərinə görə, hadisə ilə əlaqədar iki şəxs həbs olunub, digər iki nəfərin axtarışı isə davam edir.

Hadisənin hüquqi aspektləri Pakistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hazırda zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və ona lazımi dəstəyin göstərilməsi əsas məsələlərdən biridir. Eyni zamanda, insan alveri və istismar ehtimalları da müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Medialar və sosial şəbəkə istifadəçiləri bu həssas məsələ ilə bağlı məlumat yayarkən, zərərçəkmiş şəxsin kimliyinə və ləyaqətinə hörmət etməyə çağırılır.

Azərbaycanın İslamabaddakı səfirliyi, zorakılığa məruz qalan Diana Bağıyeva ilə əlaqə saxlayaraq, ona hərtərəfli hüquqi və mənəvi dəstək göstərəcəyini bəyan edib. Diana Bağıyeva Pakistandan ayrılaraq Azərbaycana gətiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: