Ekspert: Hərbi prokuror Xanlar Vəliyev dindirilməlidir - “Tərtər işi”
““Tərtər işi” uzandıqca insanlarda həm Baş Prokurorluğa, həm də Baş Prokurorun özünə bir inamsızlıq yaranır. Bu inamsızlığın olmaması üçün tez bir zamanda işlər ədalətli şəkildə həll olmalıdır”.
Bunu Bakupost.az -a hərbi-ekspert Üzeyir Cəfərov “Tərtər işi” ilə bağlı danışarkən deyib.
O bildirib ki, “Tərtər işi” ilə bağlı istintaq keyfiyyətli aparılmır:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
““Tərtər işi”nin ədalətli aparılması cəmiyyət tərəfindən o vaxt qəbul olunardı ki, adları hallanan şəxslər tutduqları vəzifədən bir müddət də olsa kənarlaşdırılardı. Bu şəxslər kimlərdir? Bunlar, adı xeyli hallanan hərbi prokuror Xanlar Vəliyev, onun birinci müavini general Şəfahət İmranovdur. Digəri isə Tərtərin Hərbi Prokurorluğundan gətirilərək, Respublika Prokurorluğuna şöbə rəisi vəzifəsində təyin olunmuş şəxsdir.
İnsanlar boş-boşuna sosial mediada narazılıqlarını bildirmirlər. Təkcə ölümündən sonra Elçin Əliyevə bəraət verməklə məsələ bitmir. Orada Samir Qafarov və digərlərinin də adları var. Birinci gündən mövqeyim ondan ibarət olub ki, kimliyindən asılı olmayaraq qanunsuzluğa, özbaşınalığa yol verilibsə, qanunla cəzalandırılmalıdır. Burada söhbət Azərbaycan Ordusunun şərəfindən, ləyaqətindən gedir. Ona görə də gələcəkdə ordumuzda bu kimi xoşagəlməz hadisələrin təkrarlanmaması üçün hərtərəfli araşdırma aparılmalı və ədalətli qiymət verilməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda