Dünya çempionunu öldürən Anarın atası öldürüldü - Təsadüf, yoxsa qəsd?
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atası yol qəzası nəticəsində ölüb.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib.
Məlumata görə, Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. Sürücü hadisə yerindən qaçmayıb. Bəzi yerli KİV-lər hadisənin qəsdən törədildiyini iddia edir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, – deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.
Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda