10.08.2026 - 12:31
Ölkə
68 baxış
Dövlət qurumlarının informasiya resursları təhlükədə: Boşluqların sayı azalsa da, artan risklər var
Azərbaycanda dövlət qurumlarının informasiya resurslarında ciddi təhlükəsizlik boşluqları müəyyən edilib. Bu ilin yanvar-iyul ayları ərzində 472 informasiya resursunda bu cür boşluqlar aşkarlanıb.
Minval.info xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT-i) bu məlumatı açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz azalma göstərir.
Yalnız iyul ayında isə dövlət qurumlarının 73 informasiya resursunda təhlükəsizlik boşluqları tapılıb. Bu göstərici keçən ilin iyul ayı ilə müqayisədə 2,6 dəfə artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
25.09.2026 - 17:08
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
25.09.2026 - 13:52
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
25.09.2026 - 12:28
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
25.09.2026 - 12:21
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
25.09.2026 - 09:05
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
25.09.2026 - 08:58
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15