Dövlət Məşğulluq Agentliyi 160 min iş yeri yaratdı
Son iki ildə Dövlət Məşğulluq Agentliyi məşğulluq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu qurum, aktiv məşğulluq proqramlarını genişləndirərək və innovativ həlləri tətbiq edərək vətəndaşların sosial rifahına ciddi dəstək verir.
Minval.info xəbər verir ki, 2024-cü ildə Agentlik tərəfindən işlə təmin edilənlərin sayı 2023-cü ilə nisbətən 42 min artaraq 160 minə çatıb. Peşə hazırlığına cəlb edilənlərin sayı isə 15,6 minə yüksəlib. 2025-ci ildə isə aktiv məşğulluq tədbirlərinə cəlb olunanların sayı 567 minə, işlə təmin edilənlərin sayı isə 189 minə çatıb.
Agentlik innovativ həllər sahəsində də irəliləyişlər əldə edib. 2025-ci ildə “Əmək və Məşğulluq” altsistemində yeni funksionallıqlar yaradılıb və Mərkəzi Karyera Portalı istifadəyə verilib. Süni intellektin tətbiqi ilə işaxtaranların əmək bazarında daha düzgün istiqamətlənməsi təmin edilib.
Ötən il Agentlik “Həvəsləndirmə mükafatları” layihəsi ilə özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini inkişaf etdirən şəxslərə dəstək verib. “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində isə 1000-dən çox şəxs işlə təmin edilib.
Agentlik həmçinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsinə başlayıb və özünüməşğulluq proqramının əhatə dairəsini genişləndirib. İşğaldan azad olunmuş ərazilərdə də məşğulluğun təminatı istiqamətində mühüm addımlar atılır.
Beynəlxalq səviyyədə də tanınan Agentlik, son iki ildə 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı