Dörd ölkədə elektrik kəsildi: Mərkəzi asiyanın enerji böhranı nə vaxt bitəcək?
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan elektrik enerjisi kəsintiləri ilə üzləşib. Bu genişmiqyaslı kəsintilər nəticəsində bir çox bölgə işıqsız qalıb.
Minval.info xəbər verir ki, Almatı şəhərinin əksər hissəsi və Qazaxıstanın cənub vilayətlərində elektrik enerjisi təminatı dayandırılıb. Daşkənddə isə metro fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Qazaxıstan Energetika Nazirliyi, kəsintilərin enerji sistemində yaranan nasazlıq səbəbindən baş verdiyini açıqlayıb. Üç elektrikötürücü xəttin avtomatik açılması nəticəsində Qazaxıstanın cənub enerji sistemi Mərkəzi Asiyanın vahid enerji sistemindən ayrılıb.
Elektrik təchizatında yaranan məhdudiyyətlərin ümumi həcmi təxminən 2 810 MVt olub. KEGOC-un verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 17:09-da Qazaxıstanın enerji sistemi normal iş rejiminə qayıdıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu