Dializ xəstələri virusa yoluxdu: Sabunçuda araşdırma aparılır
17 yaşlı dializ xəstəsinin tibb müəssisəsində virusa yoluxduğu iddia edilir. Böyrək xəstəliyindən əziyyət çəkən bu gəncin anası Təranə Məmmədova, oğlunun Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virusa yoluxduğunu bildirir.
Minval.info xəbər verir ki, İsmayıl Ağamaliyev adlı gəncə 2022-ci ildə böyrək köçürülmüş, lakin əməliyyat uğursuz nəticələnmişdir. Hazırda o, iki ildir ki, dializ müalicəsi alır. Valideynin sözlərinə görə, dializ aparatına qoşulduqdan sonra oğlunun temperaturu yüksəlmiş, ürəkbulanma və titrəmə başlamışdır. Eyni vəziyyət digər dializ xəstələrində də müşahidə olunmuşdur. Xəstəxanada İsmayıl Ağamaliyevə tibbi müdaxilə göstərilmişdir.
Valideyn əlavə edib ki, oğlunun səhhəti onsuz da risk altındadır və xəstəxanada bütün lazımi analizlər aparılmışdır. “İndi narahatıq və qorxuruq ki, bu hal yenidən təkrarlanar”, – deyə o bildirib.
Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, məsələ ciddi şəkildə araşdırılacaq və ailənin iddialarına cavab veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026