Deputat od püskürdü: Ata-anasını tanımayanlar...
Milli Məclisin deputatı Razi Nurullayev onun haqqında məlumat yayanları sərt tənqid edib.
Bakupost.az xəbər verir ki, R.Nurullayev belə insanları ata-anasını tanımayanlar adlandırıb: “Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olur-olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.
Xatırladaq ki, ötən gün deputat sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Buna səbəb siyasətçinin Prezident İlham Əliyevə ünvanladığı təbrikdə ciddi səhvə yol verməsi olub.
Belə ki, R. Nurullayev sosial şəbəkə vasitəsilə ölkə başçısı İlham Əliyevi təbrik edərək, özünün və rəhbərlik etdiyi partiyanın daim onun siyasətini dəstəkləyəcəyini bildirib. Deputatı hədəfə gətirən bayramların yerinin səhv salaraq, Qurban bayramı olduğu halda dövlət başçısını Ramazan bayramı münasibətilə təbrik etməsi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq