Deputat Fazil Mustafa: "Bunu bütün məmurlar, nazirlərliklər oxusunlar!"
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncam imzalayıb.
Bununla bağlı olaraq Minval.info deputat Fazil Mustafanın fikirlərini öyrənib.
O bildirib ki, sözügedən sərəncam Cümhuriyyət tarixinə verilən dəyərdir: “Bu, bütün mətbuatda qırmızı hərflərlə yazılmalıdır ki, məmurlar oxusunlar. Prezidentin sərəncamına hələ də müəyyən bir tərpəniş göstərməyən, reaksiya verməyən bütün məfhumlar, nazirliklər bununla tanış olsunlar. Anlasınlar ki, Cümhuriyyətin 100 illiyi ayrı bir tarixdir, dəyərdir və bu istiqamətdə konkret işlər görsünlər”.
Deputat ümid edir ki, qiymətləndirmədən sonra bununla əlaqədar tədbirlər kütləvi şəkildə yüksək səviyyədə həyata keçiriləcək: “Ona görə də, sevimdim ki, prezident belə bir addım atdı. Sərəncam il ərzində bu istiqamətdə tədbirlərin keçirilməsinə öz təsirini göstərəcək”.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Premyer Liqasında IV tur start götürür
Qəbələ-Laza yolunu palçıq axını bağladı
Əqli Mülkiyyət Agentliyində status dəyişikliyi baş verir
500 min ev rəsmiləşsə, iqtisadiyyat canlanacaq!
Sabir Rüstəmxanlı 1991-ci ilin sirrini açdı
Sabah "London Lions"a məğlub oldu: 82-86
ChatGPT, Claude və Grokda qlobal nasazlıq!