Daha heç vaxt Bakıya qar yağmayacaq? - AÇIQLAMA - VİDEO

Fevral ayının da başa çatmasına baxmayaraq hələ də paytaxda qar yağmayıb. Ölkə alimləri isə bunu ən müxtəlif səbəblərlə izah edirlər. Bəs başlıca səbəb hansıdır? Milli Elmlər Akademiyasının Corğafiya İnstitutu məsələyə aydınlıq gətirib.
Bakıya qar yağmamasının əsas səbəbləri məlum oldu.
Minval.İnfo xəbər verir ki, Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bu günə qədər qar yağmamasının səbəblərindən biri iqlim dəyişmələri ilə bağlıdır. Bu Azərbaycan da daxil olmaqla əksər ölkələrdə özünü büruzə verir.
Məhərrəm Həsənov bildirir ki, son illər İnstitutun əməkdaşları tərəfindən aparılan araşdırmalar onu göstərib ki, respublikanın bütün ərazisində havanın orta temperaturu 0,3-0,9 dərəcə yüksəlib.Bu da qarın yağmamasının səbələrinə daxil olan amillərdəndir.
Qlobal istiləşmənin olması və iqlim dəyişkənliyi yer kürəsində, eləcədə Azərbaycanda bir sıra problemlər də yarada bilir. Xüsusən də bu proseslərin baş verməsi nəticəsində qar yağmır ki, bu da insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dağlıq ərzilərdə su ehtiyatının azalmasına da səbəb olur.
Qeyd edək ki, iqlim dəyişkənliyi müasir günümüzdə dünyanı maraqlandıran məsələlərdəndir. Bunun üçün də müxtəlif vaxtlarda bu problemin aradan qaldırılması istiqamətində dünya ölkələri samitlər keçirərək müxtəlif təkliflərlə çıxış edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib