Dağlıq rayonlara qar yağdı: Qrızda 10 sm
Ölkənin bir çox bölgələrində oktyabrın 4-də yağıntılı hava şəraiti müşahidə olunub. Xüsusilə dağlıq ərazilərdə qar yağışı qeydə alınıb. Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz bölgələrinin yüksəkliklərinə qar düşüb.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 10 sm-ə çatıb. Xınalıqda 5 sm, Şahdağda 2 sm, Qusarda isə 1 sm qar örtüyü qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında da yağıntıların miqdarı yüksək olub. Maştağada yağıntının miqdarı 37 mm-ə çataraq aylıq normanın 93%-ni təşkil edib. Binədə isə 21 mm yağıntı düşüb ki, bu da normanın 75%-ni təşkil edir.
Respublikanın digər rayonlarında da yağıntıların miqdarı müxtəlif olub. Şəki rayonunda Kişçayda 55 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 64%-ni təşkil edir. Qəbələdə 51 mm, Sarıbaşda (Qax) və Oğuzda 45 mm yağıntı düşüb.
Göyçayda 41 mm, Astarada 30 mm, Kürdəmirdə 26 mm, İsmayıllıda 24 mm, Şamaxıda 23 mm yağıntı müşahidə olunub. Digər rayonlarda isə yağıntı miqdarı nisbətən az olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hava şəraiti kəskin dəyişdi: dağlıq ərazilərə qar yağdı
Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı
Naxçıvan nümayəndəliyində maliyyə yoxlamaları aparılır
Bakıda yağıntılı hava şəraiti nə qədər davam edəcək
Türk Dövlətlərinin Əməkdaşlıq Günü: tdt-nin rolu və əhəmiyyəti
Bakıda illərdir boş qalan bina sakin qəbul etmir
Hafiz Paşayev CAMCA Forum 2026 mükafatına layiq görülüb