Dərnəgül deposu ilk qatarını qəbul etdi: Bakı metropolitenində yeni dövr başlayır
Dərnəgül elektrik deposu, inşaat işlərinin ikinci mərhələsinin tamamlanması ilə tarixində ilk dəfə qatar qəbul etdi.
Minval.info xəbər verir ki, Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla başa çatıb və depo yolları bütün texniki parametrlər üzrə yoxlanılıb.
Bu yeni depo, Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu və gecələməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Dərnəgül deposunun fəaliyyətə başlaması, metropolitendə xidmət keyfiyyətinin artırılması və sıxlıqla intervalların azaldılması məqsədilə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin bir hissəsi olaraq xüsusi əhəmiyyət daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026