24.08.2026 - 16:25
Kriminal 23 baxış

Dərman qiymətləri qalxır: Şəkər xəstələri narazıdır

Son günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Buta” apteklər şəbəkəsini dərman qiymətlərini 20 qəpik baha satdığı üçün 4 000 manat cərimələməsi dərman qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vətəndaşlar bəzi apteklərdə dövlət tərəfindən tənzimlənən dərmanların müəyyən edilmiş qiymətdən baha satıldığını iddia edirlər.

Minval.info xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 3 mindən çox dərmanın yuxarı qiymət həddi dövlət tərəfindən müəyyənləşdirilib. “Tənzimlənən qiymətdən yuxarı dərmanların satışı qadağandır. Lakin bəzi dərmanların qiyməti qonşu ölkələrdə Azərbaycandan daha ucuzdur. Bu, əlbəttə, biznes qurumlarının maraqlarına uyğundur,” – deyə o qeyd edib.

Eyyub Hüseynov əlavə edib ki, dövlət tərəfindən tənzimlənən dərmanların qiymət siyahısı bütün apteklərdə olmalıdır və istehlakçılar aldıqları dərmanın qiyməti ilə bağlı diqqətli olmalıdırlar. O, həmçinin şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bəzi dərmanların pulsuz verilmədiyini və onların qiymətinin nisbətən baha olduğunu vurğulayıb. Dövlətin bu dərmanların təminatını nəzərdən keçirməsi təklif olunur.

İstehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə sıx əlaqədə olmalı və belə hallar baş verdikdə operativ şəkildə qarşısı alınmalıdır. Zəruri hallarda cərimələr tətbiq olunmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: