Çoxuşaqlı ailələrə müavinət: Yeni təkliflər gündəmdə
Azərbaycanda üç və daha çox uşağı olan ailələrə müavinət verilməsi ilə bağlı yeni təkliflər irəli sürülüb. Bu təkliflər Milli Məclisə təqdim edilib və çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu təkliflərin qəbul edilməsi halında, çoxuşaqlı ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqinin mümkün olacağını bildirib. Belə ki, bu ailələrdə hər uşağa görə aylıq müavinət ödənilməsi və valideynlərin daha erkən pensiyaya çıxması təklif olunur.
Layihədə üç uşaqlı ailələr üçün pensiya yaşının 3 il, dörd uşaqlı ailələr üçün 4 il, beş və daha çox uşağı olan ailələr üçün isə 5 il azaldılması nəzərdə tutulur. Bu dəyişikliklərin daha çox ailənin dövlət sosial dəstəyindən yararlanmasına imkan verəcəyi və ölkədə təbii artımın stimullaşdırılmasına xidmət edəcəyi gözlənilir. Təkliflərlə bağlı Milli Məclisdə müzakirələrin aparılması planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib