Çoxuşaqlı ailələrə müavinət: Yeni təkliflər gündəmdə
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədilə yeni təkliflər gündəmə gəlməkdədir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün aylıq müavinətin tətbiqi məsələsi müzakirə olunur.
Minval.info xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflərin Milli Məclisə təqdim edildiyini bildirib. Bu təklif qəbul olunarsa, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edəcəklər. Hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur və bu ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər.
Deputatın sözlərinə görə, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşı 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması planlaşdırılır. Bu dəyişikliklərin təbii artımın dəstəklənməsi və çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması baxımından məqsədəuyğun olduğu düşünülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib