Çimərliklərdə təhlükəsiz istirahət: Polis hər an yanınızda!
İsti hava şəraiti səbəbindən vətəndaşların çimərliklərə və digər istirahət məkanlarına kütləvi axını müşahidə olunur. Bu səbəbdən, polis əməkdaşları həmin ərazilərdə fasiləsiz xidmət göstərirlər.
Minval.info xəbər verir ki, Bakı şəhəri ilə yanaşı, ölkənin bütün turizm bölgələrində asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə naryad qrupları ərazilərə cəlb olunub. Bu tədbirlər nəqliyyatın hərəkətinin davamlılığını da təmin edir.
Polis əməkdaşları ictimai asayişin qorunması, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi və hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması üçün gücləndirilmiş rejimdə çalışırlar. Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri xahiş olunur.
Həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə əməl etmək və hər hansı təhlükəli və ya şübhəli vəziyyət müşahidə etdikdə dərhal polisə məlumat vermək tövsiyə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026