Çempionlar liqası həyəcanı: "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı!
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli açıqlanıb və bəzi dəyişikliklər edilib. Peşəkar Futbol Liqası, “Sabah” və “Qarabağ” klublarının müraciətlərini nəzərə alaraq, bu komandaların oyunlarını təxirə salıb.
Minval.info xəbər verir ki, “Sabah” və “Qarabağ” klubları UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasında ölkəmizi təmsil etdikləri üçün, onların oyunlarının təxirə salınması qərara alınıb. Bu qərar, həmçinin, onların rəqiblərinin də razılığı ilə həyata keçirilib.
Beləliklə, “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları daha sonra keçiriləcək. Digər oyunlar isə 22 və 23 avqust tarixlərində “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026