Cəmil Məmmədli haradadır? - Rəsmi açıqlama
Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədlinin itkin düşdüyü iddia olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb. Qeyd olunub ki, C.Məmmədli dünən axşam saatlarında yerli polis şöbəsinə çağrılıb, daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyi isə Cəmil Məmmədlinin tutulma xəbərini təkzib edib. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, jurnalist Cəmil Məmmədli polis şöbəsinə dəvət olunub, daha sonra isə sərbəst buraxılıb: “Onun saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.
Daha sonra dostu Vüsal Başaratvi C.Məmmədlinin səs yazısını yayıb. Həmin səsdə jurnalist qeyd edib ki, hazırda Bakıdadır və Daxili İşlər Nazirliyinə qəbula gedir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir