Buzovna məscidində qanunsuz yenidənqurma qalmaqalı
Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunsuz yenidənqurma işlərinin aparıldığı müəyyən edilib. Baş Prokurorluğun Mətbuat xidməti bu barədə məlumat verib.
Minval.info xəbər verir ki, Mədəniyyət Nazirliyindən daxil olan məlumatlar əsasında prokurorluq tərəfindən cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma nəticəsində məsciddə müvafiq razılaşdırma olmadan yenidənqurma işlərinin görüldüyü aşkarlanıb.
Prokurorluq, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə bu əməllərə yol vermiş şəxslərə xəbərdarlıq elan edib. Buzovna sakini, Əməkdar artist Mirzə Ağabəyli bildirib ki, bu işlər Buzovna Cümə Məscidinin ərazisində aparılıb və sakinlər bu səbəbdən əziyyət çəkiblər.
Məscidin axundu Soltan Əlizadə isə məsələyə münasibət bildirməsə də, məscidin 2009-cu ildə aparılan bərpa işlərindən sonrakı açılışı ilə bağlı görüntülər paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026