"Əbülfəs Qarayevi nazir olanda niyə tənqid etmirdiniz?" — Həmidə Ömərova
O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bu haqda xəbərsiz olduğunu vurğulayıb.
“Mənim bundan xəbərim yox idi, indi eşidirəm. Ona görə bu barədə heç bir şey deyə bilmərəm”.
Xalq artisti vəzifədən azad olunan insanların başqaları tərəfindən tənqid olunmasının doğru olmadığını da deyib.
“Niyə kimsə vəzifədən gedən kimi başlayırıq, onun arxasıyca danışmağa, əlimizə bir balta alıb, vurmağa? Mən o insanlara üzümü tutub demək istəyirəm ki, niyə nazir vəzifədə olanda siz, onun səhv hərəkətlərini tənqid etmirdiniz? Əgər o zaman danışmamısınızsa, indidə susmağa davam edin. Arxadan atılan daş topuğa dəyər ”, – deyə o, fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ! Sabiq prezidentin qızı SAXLANILDI - İranda nə baş verir?
Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək
Qüdrət Həsənquliyev: “İran bu günə qədər Azərbaycandan üzr istəməyib”
Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya
Dindar qardaşın lesbiyan bacısı Almaniyadan Bakıya qayıtmağa qorxur
Ekspert: "Karantinin daha 15 gün və ya 1 ay uzadılması..."
