"Əbülfəs Qarayev nazir postundan azad edilməsəydi..." — Fazil Mustafa
“Əbülfəs Qarayevin mədəniyyət naziri postundan uzaqlaşdırılması bu nazirlikdə korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların məntiqi davamıdır”.Bunu “Ölkə.Az”a açıqlamasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, əgər Əbülfəs Qarayev nazir postundan azad edilməsəydi, bu hakimiyyətin imicini müəyyən mənada şübhə altına alardı: “Necə ola bilir nazir müavini, idarə rəisi həbs olunur, amma nazir cəzalandırılmır. Nazir bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslərdən biridir. Ona görə də Qarayevin vəzifədən uzaqlaşdırılması normal qərardır”- deputat qeyd edib.
Deputat hesab edir ki, nazirin də məsuliyyəti baş verən məsələlərdə araşdırılmalıdır: “Əgər onun bu məsələlərdə əməlləri sübut olunarsa, məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Yeni təyin olunacaq nazirin hansı keyfiyyətlərə malik olmasına gəldikdə isə deputat bildirib ki, yeni nazir yüksək səviyyəli, bacarıqlı, mədəniyyətimizə və tariximizə yanğısı olan bir insan olmalıdır: “Əgər belə bir nazir olacaqsa, mədəniyyətimizin inkişafına töhfə verə biləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda