21.02.2022 - 10:53
Reportaj 106 baxış

Bu kənddə nə asfalt yol, nə qaz xətti, nə də internet var... - Sakinlərdən ETİRAZ-VİDEO

Astara rayonunun Siyakü kəndində asfalt yol, qaz xətti və internet yoxdur.

Kəndə çəkilən elektrik xətti isə nazik taxta dirəklərinə bağlandığı üçün həm çox zəifdir, həm də yağış, qar yağdıqda dağılır.

Problemlərdən əziyyət çəkən sakinlər bildirirlər ki, Astara rayon Elektrik Şəbəkəsi işığı vermir:

“Öz pulumuzla işığı ala bilmirik. Görün, nə qədər qudurublar. Uşaq səhər durur işıq yox, günorta gəlir işıq yox… Nə dərs yaza, nə də kitab oxuya bilir. Xahiş edirik, hökumətdən bizə sahib çıxsın”.

Siyakü kəndinə yaşayanların böyük bir qismi Astaranın daha ucqar kəndlərindən gələnlərdir.

Şikayətlə bağlı İcra Hakimiyyətinə müraciət edən kənd camaatı deyir ki, onları ya “yola verirlər”, ya da “dağ kəndindən gəlimiz, işıq, yol sizin nəyinizə lazımdır” deyirlər.

Daha ətraflı Meydan TV-nin materialında:

https://www.youtube.com/watch?v=q_RT1sgeatI

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: