18.08.2026 - 02:48
Kriminal 35 baxış

Birlikdə yaşadığı qadını 21 bıçaq zərbəsi ilə öldürdü, sonra izi itirmək üçün evi yandırdı - binəqədidə dəhşətli cinayət!

Bakıda baş verən dəhşətli cinayət hadisəsi şəhərin Binəqədi rayonunda qeydə alınıb. May ayında Sulutəpə qəsəbəsindəki həyət evlərindən birində 1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 bıçaq zərbəsi ilə qətlə yetirilib və daha sonra evi yandırılıb.

Minval.info xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs, 1962-ci il təvəllüdlü Heydər Qarayev, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, mərhum Gülarə Quliyeva ilə qeyri-rəsmi nikah münasibətində olub.

Hadisə ilə bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi açılıb və istintaq davam edir. Gülarə Quliyevanın qızı Aydan Quliyeva bildirib ki, anası və Heydər Qarayevin münasibətləri 2018-ci ildən başlayıb. Aydan Quliyeva və qardaşı bu münasibətə qarşı çıxıblar, çünki H.Qarayev analarına qarşı zorakılıq göstərib və onu övladları ilə əlaqə saxlamağa qoymayıb.

Aydan Quliyeva əlavə edib ki, Heydər Qarayev daha əvvəl bir rəsmi və bir qeyri-rəsmi nikahda olub və bu münasibətlərdən övladları da var. O, aliment ödəməmək üçün özünə “dəlilik kağızı” düzəltdirib. Hadisənin baş verdiyi ev isə Gülarə Quliyevaya məxsus olub və o, 2020-ci ildən bu evdə yaşayıb.

Hazırda istintaq davam edir və Heydər Qarayev hadisəni anlaqsız vəziyyətdə törətdiyini iddia edərək psixi durumunun yerində olmadığını bildirir. O, həbsdən yayınaraq psixatriya mərkəzində qalmaq istəyir. Qonşular isə onun mərhum qadına qarşı amansız rəftarını təsdiqləyir və evi izi itirmək üçün yandırdığını bildirirlər. Ailə üzvləri cinayətkarın layiqli cəza almasını tələb edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: