Bir milyon dollar uddu və öldü
ABŞ-da lotereyada bir milyon dollar mükafat qazanan vətəndaş pulları aldıqdan üç həftə sonra dünyasını dəyişib.
Oxu.аz xəbər verir ki, bu barədə “NYup.com” saytında məlumat yayılıb.
Dekabrın əvvəlində Nyu-York ştatının Sidney şəhərindən olan 51 yaşlı dülgər Donald Savostano 10 dollarlıq bayram lotereyası bileti alıb. Qoruyucu qatı sildikdən sonra orada bir milyon dollar yazıldığını görüb.
ƏLAQƏLİ
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”
Lotereya qaydalarına görə, həmin mükafat qalibə bir neçə il ərzində hissə-hissə ödənilir. Qalib prosesi sürətləndirmək istəyirsə, məbləğin bir hissəsindən imtina etməlidir. Yalnız bu halda o, yerdə qalan məbləği dərhal götürə bilər. Savastno məhz bu variantı seçib və yanvarın 4-də lotereya təşkilatçıları ona 661.8 min dollarlıq çek təqdim edib.
Qalibiyyətdən sonra dülgər jurnalistlərə verdiyi açıqlamada qocalığı üçün bir qəpik belə yığmadığını söyləyib.
“Bu pullar işimə yarayacaq. Mənim hər hansı ekstravaqant planlarım yoxdur. Yeni pikap alacam, borclarımı ödəyəcəm və gələcəyə yatırımlar qoyacağam”, – deyə qalib bildirmişdi.
ƏLAQƏLİ
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Bu açıqlamadan bir neçə gün sonra Savostanoda son mərhələyə qədəm qoymuş xərçəng aşkarlanıb. Yanvarın 26-da lotereya qalibi dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar
Bakıda təcili yardım maşını ilə daşınanlar ŞOKa saldı - VİDEO
Bakı sakini toyuğa görə qardaşını öldürdü
Stiv Cobs ölməyib? – Foto