Binəqədidə məcburi köçkünlər aksiya keçirib - SƏBƏB

Bakıda məcburi köçkünlər etiraz aksiyası keçirib. Aksiya Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində baş tutub.
Şahidlərin Minval.info-ya verdiyi məlumata görə, hadisə yerinə PPX maşınları, polis əməkdaşları və mülki geyimlilər gəlib. Onların müdaxiləsindən sonra aksiyanın qarşısı alınıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məlumata görə, məcburi köçkünlər məskunlaşdığı binanın sökülməsi xəbərinə etiraz ediblər. Bu səbəbdən ötən gecə onlar yolu bağlayıblar.
Saxlanılanların olub-olmaması barədə dəqiq məlumat verilmir.
Minval.info-nun əməkdaşı məsələ ilə əlaqədar hadisə yerinə gedib. Məlum olub ki, aksiya bitməsinə baxmayaraq ərazidə 4 PPX maşını dayanıb. Bununla yanaşı, orada polis əməkdaşı ilə mülki geyimli şəxs “Niva” markalı avtomobilin içərisindən gecə boyu ərazini müşahidə edib. Əməkdaşımız binanın qarşısında yüksək rütbəli polis zabitinin keşik çəkdiyinin də şahidi olub.
Məsələni diqqətdə saxlayacağıq.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

