Biləcəridə yaşayanlar səssizliyi unudub: Binanın altı hotelə çevrildi
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri, binanın ikinci və üçüncü mərtəbələrinin “Kristal AA” MTK tərəfindən hostel və hotel kimi icarəyə verilməsindən narazıdırlar. Sakinlər, bu vəziyyətin onların gündəlik həyatına mənfi təsir etdiyini bildirirlər.
Minval.info xəbər verir ki, sakinlər Xəzər TV-yə müraciət edərək, binada yaranan antisanitar vəziyyət və səs-küydən şikayət ediblər. Onların sözlərinə görə, “Kristal AA” MTK rəhbərliyi bu problemlərə biganə yanaşır və dəfələrlə edilən müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib.
Problemlərin həlli üçün “Kristal AA” MTK rəhbərliyi ilə əlaqə saxlanılmağa çalışılsa da, suallara cavab verilməyib. Eyni zamanda, hotel rəhbərliyi də məsələyə münasibət bildirməkdən yayınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli, ərazidəki antisanitar vəziyyətlə bağlı polisə müraciətlərin olduğunu və bu istiqamətdə araşdırma aparıldığını bildirib. O qeyd edib ki, bu cür hallar təkrarlanarsa, daha ciddi tədbirlər görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib