Baş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı (FOTO)
Bakıda intihar edən şəxsi fikrindən baş nazir daşındırıb.
Musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.
Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.
O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.
Əldə etdiyimiz məlumata görə, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.
Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəza ilə bağlı sirlər açılır - Tver buna görə seçilib
Erməni əsirliyindən azad olunan hərbçilərin və mülkilərin - Adları (FOTOLAR)
FHN-in Modul Tipli Hospitalının həbs edilən baş həkimi İmran Ağayev kimdir?
Əfsanəvi falçı barəsində şok iddia - Qadın alveri? - FOTO-VİDEO
Ermənilərə dəstək olan ukraynalı müğənninin Bakı konserti ləğv edildi
İranda ilk meymunçiçəyinə yoluxma aşkar edildi