10.08.2026 - 17:06
Hadisə 16 baxış

Balaxanı Neftçiləri və FHN əməkdaşları yanğın təhlükəsizliyində əl-ələ: Seminarlar davam edir

Balaxanı neftçiləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın təhlükəsizliyi mövzusunda birgə profilaktik seminarlar təşkil edirlər. Bu təşəbbüs, “Balakhani Operating Company LTD” hasilat şirkəti ilə FHN-nin Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Minval.info xəbər verir ki, seminarlar çərçivəsində hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov, profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün SƏTƏM qaydaları və qapalı sahələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında təqdimat keçirib.

Müzakirələr zamanı zədə və xəsarətlərin qarşısının alınması ilə bağlı bilik mübadiləsi aparılıb. Eyni zamanda, yanğın təhlükəsizliyi qaydaları mövzusunda İdarənin profilaktika sektorunun əməkdaşları ilə seminarların davam etdirilməsi qərara alınıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: